Noy 27, 2017 19:37 Asia/Baku
  • Ərdoğanın kütləvi qırğın silahlarına malik olan ölkələrdən istəyi
    Ərdoğanın kütləvi qırğın silahlarına malik olan ölkələrdən istəyi

Türkiyə prezidenti deyib: Nüvə silahları və kütləvi qırğın silahlarına malik olan ölkələr əgər bu silahlardan istifadənin qadağan edilməsini istəyirlərsə, öncə özlərinin nüvə silahlarını məhv etməlidirlər.

Rəcəb Tayyıb Ərdoğan nüvə silahlarına malik olmağı başqa ölkələrə qadağan edən, özləri isə bu silahlara malik olan ölkələri tənqid edərək, deyib: Bu ölkələr əgər sadiqdirlərsə, hər şeydən öncə özlərinin nüvə və kütləvi qırğın silahlarını məhv etməlidirlər.

Bundan öncə Hindistanda çıxan Tayms qəzeti Amerikanın yeni silah rəqabətini ifşa edərək, nüvə silahlarına malik olan digər ölkələrlə rəqabət aparmaq məqsədilə Amerikanın nüvə cəbbəxanasının modernləşdirilməsi prosesindən xəbər vermişdi.

Belə bir halda, Amerikanın bir çox yüksək vəzifəli rəsmisi, konqresmenlər və nüvə silahlarına nəzarət üzrə ekspertlər bu ölkə prezidentinin həmin qərarının nəticələri barədə xəbərdarlıq edərək, bu modernləşməyə cəhdi dünya ictimaiyyəti üçün təhlükəli adlandırıblar.

Teqlər