Ərdoğan Qılıçdaroğludan şikayət etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i288035-Ərdoğan_qılıçdaroğludan_şikayət_etdi
Türkiyə prezidenti və bir qrup ailə üzvü və yaxınları Cümhuriyyət Xalq Partiyasının sədrindən şikayət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 10:35 Asia/Baku
  • Ərdoğan Qılıçdaroğludan şikayət etdi
    Ərdoğan Qılıçdaroğludan şikayət etdi

Türkiyə prezidenti və bir qrup ailə üzvü və yaxınları Cümhuriyyət Xalq Partiyasının sədrindən şikayət edib.

Fransa İnformasiya Agentliyinin İstanbuldan verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan, oğlu Əhməd, qardaşı Mustafa və başqa üç nəfər İstanbul məhkəmələrindən birinə CHP lideri Kamal Qılıçdaroğludan qeyri-real ittiham və yalanlar yaydığına görə şikayət ediblər. 

Ərdoğan bundan öncə Qılıçdaroğludn şikayət edərək hədələmişdi ki, o öz iddiasını sübut edə bilməzsə, siyasət meydanından kənarlaşmalıdır. 

Türkiyənin CHP lideri 28 noyabrda hakim Ədalət və İnkişaf Partiyası Fraksiyasının iclasında Ərdoğanın bir neçə ailə üzvü və yaxınlarını Man adasında şirkət yaratmaq və qeyri-qanuni yollarla bu şirkətin hesabına milyonlarla dollar pul köçürməkdə suçalmışdı.