Türkiyədə 900-dən çox qeyri-qanuni miqrant saxlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i288057-türkiyədə_900_dən_çox_qeyri_qanuni_miqrant_saxlanıb
Türkiyə təhlükəsizlik məmurları bu ölkədə 918 qeyri-qanuni miqrantın saxlanıldığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 16:00 Asia/Baku
  • Türkiyədə 900-dən çox qeyri-qanuni miqrant saxlanıb
    Türkiyədə 900-dən çox qeyri-qanuni miqrant saxlanıb

Türkiyə təhlükəsizlik məmurları bu ölkədə 918 qeyri-qanuni miqrantın saxlanıldığını bildiriblər.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, bu miqrantlar Türkiyə sərhədləri vasitəsi ilə qeyri-qanuni şəkildə Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə getməyə cəhd ediblər. Lakin ötən həftə Egey dənizi, müxtəlif şəhərlər, o cümlədən İzmir, Ədirnə, Təkirdağ, Çanakqala və Adanada saxlanılıblar. 

Saxlanılan miqrantlar Əfqanıstan, Nigeriya, Eritreya, Banqladeş, Somali, Fələstin, Pakistan, İraq və Suriya vətəndaşlarıdır. 

Türkiyənin Aralıq dənizi, xüsusilə də Egey dənizi sahilləri miqrantların Avropaya axını üçün ən qısa yoldur.