Dek 11, 2017 19:03 Asia/Baku
  • Fələstin səfiri: Müstəqil Fələstinsiz sülh olmayacaq
    Fələstin səfiri: Müstəqil Fələstinsiz sülh olmayacaq

Fələstinin Türkiyədəki səfiri deyib: Müstəqil Fələstin dövləti olmadan regionda sülh olmayacaq.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Fələstinin Türkiyədəki səfiri Faiz Mustafa bazar günü ABŞ prezidentinin Qüds haqda qərarını tənqid edərək deyib: Bu qərar radikallığı gücləndirir. 

Faiz Mustafa deyib: ABŞ və sionist rejimin məkrli planlarına rəğmən, Qüds heç vaxt İsrailin paytaxtı olmayacaq. Çünki Fələstin İsrailin zorla işğal etdiyi müqəddəs məkandır. 

Fələstinin Ankaradakı səfiri əlavə edib: Müsəlmanların ilk qibləsi Əl-Əqsa Məscidinə özündə yer verən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsidir. İslamın üç müqəddəs məkanlarından biri hesab olunur və müsəlmanların yanında xüsusi əhəmiyyətə malikdir. 

Səfirin sözlərinə görə, Beytül-Müqəddəs BMT qətnamələrinə əsasən işğal olunmuş ərazilər hesab olunur. ABŞ-ın bu şəhəri sionist rejimin paytaxtı olaraq rəsmən tanıması bu beynəlxalq qurumun qətnamələrini pozmaqdır. 

Teqlər