Türkiyədə onlarla şübhəli şəxs saxlanılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i289735-türkiyədə_onlarla_şübhəli_şəxs_saxlanılıb
Türkiyə polisi bildirib ki, İzmir vilayətində onlarla şübhəli bilinən şəxsi və bir nəfər bomba quraşdıran adamı həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 14:02 Asia/Baku
  • Türkiyədə onlarla şübhəli şəxs saxlanılıb
    Türkiyədə onlarla şübhəli şəxs saxlanılıb

Türkiyə polisi bildirib ki, İzmir vilayətində onlarla şübhəli bilinən şəxsi və bir nəfər bomba quraşdıran adamı həbs edib.

İRİB-in Ankaradan verdiyi məlumata görə, İzmir şəhərində terrorizm ilə mübarizə qüvvələrinin bu gün həyata keçirdikləri əməliyyatda bir qadın da daxil 51 nəfər həbs edilib. Bunlar daha çox PKK ilə əlaqəli adamlar olublar. 

Adının açıqlanmadığı turulan qadın on il öncə partlayıcı maddə daşıdığına görə həbs olunmuşdu və yenicə həbsxanadan buraxılmışdı. O partlayış törətmək istəyərkən saxlanılıb. 

İzmir polisinin həmin şəxslərin saxlanıldığı ərazidə PKK ilə əlaqədar çoxlu miqdarda sənədlər zəbt etdiyi bildirilib.