Türkiyə BƏƏ xarici işlər nazirinə etiraz edib
Türkiyə prezident aparatı sözçüsünün Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinə etiraz etməsilə Ankara Ərriyadın regional müttəfilərindən digər birisi ilə gərginliyə düçar olubdur.
Türkiyənin prezident aparatının sözçüsü İbrahim Kalin Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin sözlərinə etiraz edərək, deyib ki, o, ərəblərlə türkləri qarşı-qarşıya qoymaq hədəfini güdən bir təbliğat yalanı yayıbdır.
Abdullah bin Zaid dünən öz şəxsi twitter səhifəsində bir twitt yayıbdır ki, onda deyilir: Osmanlı imperiyasının sonuncu hökmranı Fəxrəddin paşa Mədinətunnəbidə bu müqəddəs şəhərin sakinlərinə qarşı cinayətlər törədərək, onların əmlakını oğurlayıbdır. Bu twittdə həmçinin deyilir ki, Fəxrəddin paşa Ərdoğanın əcdadı və onların ərəblərlə rəftarının keçmişdir.
Bu sözlərə reaksiyada Türkiyənin prezident aparatının sözçüsü İbrahim Kalin ölkəsinin tarixi şəxsiyyətlərini və hazırkı rəsmilərini müdafiə edərək, deyib: Məhz Fəxrəddin paşa İngiltərənin planları qarşısında şücaətlə Mədinəni müdafiə etdi.