Türkiyədə FETÖ ilə əlaqədar bir qrup şəxs saxlanılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i290163-türkiyədə_fetÖ_ilə_əlaqədar_bir_qrup_şəxs_saxlanılıb
Türkiyədə dövlət və ordu dairələrində 2700 nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 11:19 Asia/Baku
  • Türkiyədə FETÖ ilə əlaqədar bir qrup şəxs saxlanılıb
    Türkiyədə FETÖ ilə əlaqədar bir qrup şəxs saxlanılıb

Türkiyədə dövlət və ordu dairələrində 2700 nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, işdən kənarlaşdırılan şəxslər Fətulla Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə suçlanıb.

2016-cı il 15 iyul uğursuz hərbi çevrilişdən sonra təxminən 50 min nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb və 150 min işçi vəzifəsindən kənarlaşdırılmışdır.

Hərbçilər, polis məmurları, müəllimlər və dövlət idarələrinin işçiləri həmin şəxslər arasındadır.