Türkiyədə siyasi məhbusların geyiminə etiraz edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i290253-türkiyədə_siyasi_məhbusların_geyiminə_etiraz_edilib
Türkiyə dövlətinin siyasi məhbuslara xüsusi uniformanın geydirilməsi barədəki planı bu ölkədə geniş etiraz və reaksiyalarla üzləşibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 16:58 Asia/Baku
  • Türkiyədə siyasi məhbusların geyiminə etiraz edilib
    Türkiyədə siyasi məhbusların geyiminə etiraz edilib

Türkiyə dövlətinin siyasi məhbuslara xüsusi uniformanın geydirilməsi barədəki planı bu ölkədə geniş etiraz və reaksiyalarla üzləşibdir.

Türkiyədə çevrilişçilərin məhkəməsində üzərində Hiro(çempion) yazılı qısaqol köynəyin geyilməsilə bağlı yaranmış qalmaqaldan sonra Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan göstəriş veribdir ki, bundan sonra yüzlərlə siyasətçi və jurnalistə şamil olan çevrilişdə şübhəli bilinənlər və digər terror işlərinin şübhəliləri vahid libasla məhkəmə hakiminin qarşısında hazır olsunlar.

Ərdoğanın bu göstərişi müxalif partiyaların və Türkiyə vətəndaş qurumlarının reaksiyası ilə üzləşibdir.

Cümhuriyyət Halk Partiyasının sözçüsü Bülənt Tezcan bu prosesi insan ləyaqətilə təzadlı adlandırıb və deyib ki, həmin şəxslərin intiqam almaq hissi ilə mühakimə edilmələri qəbuledilməzdir.

Həbsdə olan Xalqların Demokratik Partiyasının rəhbəri Səlahəddin Demirtaş deyib ki, bu uniformanın yerinə kəfən geyməyə hazırdır.

Yenicə yaradılmış İyi partinin rəhbəri Meral Akşener də bu məsələyə reaksiyada deyibdir ki, həmin göstəriş cəmiyyətin daha artıq parçalanmasına və Türkiyə prezidentinə qarşı nifrət hissinin yaranmasına səbəb olacaq.

Hazırda Ərdoğan dövlətilə müxalif olanlardan minlərlə nəfər, o sıradan çevrilişçi, parlament üzvü, jurnalist, insan haqları fəalı Türkiyə zindanlarındadır ki, Ərdoğanın göstərişinin icra olunacağı halda, vahid geyimlə məhkəmələrdə iştirak etməlidirlər.