Türkiyədə 38 İŞİD-çi həbs olunub
Dek 28, 2017 16:40 Asia/Baku
-
Türkiyədə 38 İŞİD-çi həbs olunub
Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkənin müxtəlif bölgələrində həyata keçirdikləri ayrı-ayrı əməliyyatlarda terrorçu İŞİD qrupuna üzv olmaqda şübhəli bilinən 38 nəfəri həbs ediblər.
İRNA-nın verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuluqda şübhəli bilinən bu 38 nəfəri Bursanın müxtəlif ərazilərində həbs ediblər.
Türkiyə təhlükəsizlik qüvvələrinin həbs olunaların mənzillərində axtarışı zamanı terrorçu İŞİD qrupuna aid sənədlər aşkar edilib.
Türkiyənin anti-terror polisi öncə də 600-dən çox adamı İŞİD ilə əməkdaşlıq ittihamı ilə həbs etmişdi.