Türkiyədə terrorçuluqda şübhəli bilinən onlarla adam həbs edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i290579-türkiyədə_terrorçuluqda_şübhəli_bilinən_onlarla_adam_həbs_edilib
Yeni milad ili ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir şəraitdə Türkiyədə terrorçu qruplarda üzvlükdə şübhəli bilinən 93 nəfər həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 17:55 Asia/Baku
  • Türkiyədə terrorçuluqda şübhəli bilinən onlarla adam həbs edilib
    Türkiyədə terrorçuluqda şübhəli bilinən onlarla adam həbs edilib

Yeni milad ili ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir şəraitdə Türkiyədə terrorçu qruplarda üzvlükdə şübhəli bilinən 93 nəfər həbs edilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri bu gün ölkənin müxtəlif bölgələrində terrorçu qruplara üzvlükdə şübhəli bilinən 93 nəfəri həbs edib. 

Ankarada və Adana vilayətindədə PKK qrupu ilə əladədə ittiham edilərək 33 nəfər saxlanılıb. 

60 nəfər də Bursa, Van, Diyarbəkir və Mardində  Terrorçu İŞİD qrupuna üzvlükdə şübhəli bilinərək həbs edilib. 

Polis saxlanılan şəxslərin gizləndikləri məkandan qizli sənədlər və elektron əlaqə təchizatları zəbt edib.