Türkiyə Almaniya ilə əlaqələrin inkişafına təkid edib
Türkiyənin xarici işlər naziri Almaniyanın Türkiyə qarşısındakı siyasətinə düzəliş etməsini istəyib.
Asoşeyted Press-in verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Almaniyanın xarici işlər naziri ilə görüşdən öncə deyib: Ankara - Berlin münasibətlərindəki böhran başa çatıb və iki ölkə əlaqələrinin 2018-ci ildə yaxşılaşacağı gözlənilir.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel ölkənin şimalında yerləşən və doğma şəhəri olan Goslarda Türkiyəli həmkarı ilə görüşməlidir.
Ankara və Berlin münasibətləri ötən 5 ayda Almaniyanın Türkiyə qarşısında yürütdüyü siyasətlər üzündən xeyli gərgin anların şahidi olub.
Türkiyə Almaniyanı FETÖ cərəyanı üzvlərinə sığınacaq verməkdə və 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdi dəstəkləməkdə ittiham edir.