Yan 18, 2018 14:06 Asia/Baku
  • Türkiyənin ABŞ-dan tələbi
    Türkiyənin ABŞ-dan tələbi

Türkiyə milli təhlükəsizlik şurası özünün dünən Ankarada keçirilən iclasında Amerikanın Suriyadakı YPG bölmələrinə təhvil verdiyi silahların yığışdırılmasını istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın sədrliyi ilə Ankarada keçirilmiş iclasda bu şura ABŞ tərəfindən YPG qüvvələrinin təchiz edilmələri prosesinin dayandırılmasını vurğulayıb.

Türkiyə milli təhlükəsizlik şurası bildirib ki, ABŞ hökuməti Türkiyə ilə olan ikitərəfli əlaqələrinə və Ankaranın milli təhlükəsizliyinə məhəl qoymadan terrorçuları özünün müttəfiqi adlandırıb və onlara silah köməyi göstəribdir.

O, əlavə edib: Suriyada İŞİD terror qrupu ilə mübarizənin başa çatmasına görə, YPG-nin ixtiyarına verilmiş silahlar da yığışdırılmalıdır.

Türkiyə milli təhlükəsizlik şurası vurğulayıb ki, öz sərhədləri kənarında terror ordusu və terror keçidlərinin təşkilinə icazə verməyəcək və bu istiqamətdə zəruri tədbirləri görəcəkdir.

Amerikanın başçılıq etdiyi "İŞİD ilə mübarizə" adlandırılan koalisiya ötən bazar günü elan etdi ki, Suriyadakı müxalif qruplarla yanaşı, bu ölkədə otuz min nəfərdən ibarət yeni sərhəd qüvvəsi yaratmaq niyyətindədir. Vaşinqtonun ABŞ tərəfindən dəstək alan kürdlərə kömək ilə bağlı bu addımı Türkiyənin əsəbiliyini artırıbdır.

Türkiyə ordusu güclü təhlükəsizlik tərbirləri altında Suriya sərhədlərindəki bölmələri üçün daha çox hərbi təchizat göndəribdir.

Bu təchizat on beş ədəd tanka, sursat daşıyan avtomobillərə, zirehli avtomobillərə və xüsusi təyinatlı qüvvələrə lazım olan təchizatlara şamil olur.

Teqlər