Yan 29, 2018 11:14 Asia/Baku
  • Türkiyə Yunanıstan müdafiə nazirinin Karadak adalarına daxil olmasına mane olub
    Türkiyə Yunanıstan müdafiə nazirinin Karadak adalarına daxil olmasına mane olub

Türkiyə qüvvələri Yunanıstan müdafiə nazirini daşıyan gəminin Egey dənizində yerləşən münaqişəli Karadak adalarına daxil olmasına mane olublar.

Türkiyə hökuməti dünən bildirib ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos bir kreyserlə Egey dənizində yerləşən münaqişəli Karadak adalarına gedirmiş ki, Türkiyə qüvvələri onun girişinin qarşısını alıblar.

Deyilənlərə görə, Yunanıstanın müdafiə naziri 1996-cı ildə bu adalarda gedən döyüşlərdə öldürülmüş və dəfn olunmuş üç yunan hərbçisinə hörmətini ifadə etmək üçün Karadaka gedirmiş.

Türkiyə və Yunanıstan Egey dənizində bəzi daş adalar, hava məkanı və yayla hüdudlarında dərin ixtilaflara malikdilər. İki ölkənin Karadak adaları xüsusiyyət təşkil etməklə bəzi daş adaların mülkiyyəti barədəki ixtilafları vaxtaşırı Ankara ilə Afina arasında ciddi qarşdurmaya səbəb olur.

Teqlər