Suriya kürdlərinin hücumunda 5 Türkiyə vətəndaşı həlak olub
https://azeri.sahartv.ir/news/türkiyə-i294407-suriya_kürdlərinin_hücumunda_5_türkiyə_vətəndaşı_həlak_olub
Türkiyə baş naziri Suriya kürdlərinin raket hücumunda beş nəfərin həlak olduğunu bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 03, 2018 08:00 Asia/Baku
  • Suriya kürdlərinin hücumunda 5 Türkiyə vətəndaşı həlak olub
    Suriya kürdlərinin hücumunda 5 Türkiyə vətəndaşı həlak olub

Türkiyə baş naziri Suriya kürdlərinin raket hücumunda beş nəfərin həlak olduğunu bildirib.

Fars Xəbər Agentliyinin Yeni Şəfəq qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyə baş naziri Binəli Yıldırım cümə günü Ankarada keçirilən toplantıda deyib: Suriya kürdlərinin Türkiyəyə raket hücumunda yüzdən çox Türkiyə vətəndaşı yaralanıb. 

Yıldırım bildirib: Suriyanın şimalında kürdlər həmçinin Türkiyənin cənubunda, Hatay, Kilis və Reyhanlı vilayətlərinə 82 raket atıblar. Bu hücumlarda bölgələrdə binalar və məscidlər dağılıb. 

Türkiyə ordusunun Suriyanın şimalında Afrin şəhərində Zeytun Budağı əməliyyatı 20 yanvardan başlayıb. Türkiyə hökuməti bu əməliyyatda məqsədin PKK, PYD, YPG və İŞİD terrorçularınnı Afrində məhv edilməsi olduğunu bildirir. 

Suriya hökuməti Türkiyə ordusunun Afrində hərbi əməliyyat keçirməsini qınayıb və bu əməliyyatı Suriyanın ərazi bütövlüyünə təcavüz adlandırıb.