Fev 05, 2018 19:43 Asia/Baku
  • Ərdoğan Papa Fransislə görüşüb
    Ərdoğan Papa Fransislə görüşüb

Türkiyə prezidenti Vatikanda dünya katoliklərinin rəhbəri ilə görüşüb; bu zaman bir qrup etirazçı İtaliyanın terrora qarşı polis məmurları ilə toqquşubdur.

Bu, Türkiyə prezidentinin 1959-cu ildən bəri Vatikanda papa ilə bağlı qapılar arxasında ilk görüşü sayılır.

Bir qrup etirazçı Vatikana doğru icazəsiz yürüş və aksiya keçirməyə çalışıb, lakin İtaliyanın terrora qarşı polis məmurlarının reaksiyası ilə üzləşib. Onlardan bir nəfər yaralanıb, iki nəfər isə həbs olunubdur.

Türkiyə prezidentinin Romaya səfəri bu ölkənin Suriyanın Afrin məntəqəsinə hücumuna görə, İtaliyadakı kürd icması və sosial mərkəzlərinin geniş etirazları ilə üzləşibdir.

Deyilənlərə görə, Ərdoğan və papa günün mövzuları, xüsusən sionist rejimin fələstinlilər və mühacirlərə qarşı savaşı, Suriya böhranı və Qüdsün sionist rejimin paytaxtı kimi tanınması ilə müxalifət barədə söhbət ediblər.

Teqlər