Ərdoğan Amerikalılara xəbərdarlıq etdi: Mənbicdən çıxın
Türkiyə prezidenti Amerikalı hərbçilərə Suriyanın Mənbic şəhərini ən qısa zamanda tərk etmələri barədə xəbərdarlıq edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki üzvləri qarşısında etdiyi çıxışı zamanı deyib: "Zeytun Budağı" əməliyyatının növbəti hədəfi Mənbic şəhəri olacaq. Amerikalılar ən qısa zamanda bu şəhəri tərk etməlidirlər. Çünki, Türkiyə bu şəhərin onun həqiqi sahiblərinə qaytarılmasında ciddidir.
Türkiyə prezidenti Suriyanın şimalının İŞİD terrorçularından təmizlənməsinə baxmayaraq, ABŞ-ın kürd yaraqlılarının silahlandırılması prosesini davam etdirməsinə işarə edərək, deyib: Amerikanın Suriya ilə bağlı planları Türkiyə, İran və Rusiya əleyhinədir.
Ərdoğan Türkiyənin ABŞ-ın Suriya kürdlərinə göndərdiyi silahlar barəsində lazımi tədbirlər görəcəyini deyərək, "Zeytun Budağı" əməliyyatının davam edəcəyini bildirib.
Türkiyə ordusu 20 yanvar 2018-ci il tarixindən Suriyanın şimalında yerləşən Afrin şəhərinin ABŞ tərəfindən himayə edilən kürd yaraqlılarından təmizlənməsi məqsədi ilə "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb.