AB Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyib
-
AB Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyib
Avropa Birliyi Aralıq dənizindəki çaxnaşma barədə Türkiyəyə xəbərdarlıq edib.
Yunanıstanın ANA xəbər agentliyinin verdiyi məlumata görə, Avropa Birliyinin 27 üzvü Kipr sahilləri və Yunanıstan su sərhədlərində Türkiyənin rəftarlarını qınayaraq bu kimi hərəkətlərə son qoyulmasına çağırıblar.
Avropa Şurasının sədri Donald Tosk deyib: Türkiyə rəhbərləri Avropa Birliyinin Yunanıstan və Kiprin kənarında olduğunu başa düşməlidirlər.
Yunanıstanın baş naziri Aleksis Sibras və Cənubi Kiprin prezidenti Nikos Anastasiades dünən AB ölkələrinin rəhbərlərinə Aralıq dənizi və Egey dənizi ərazilərində Türkiyənin hərbi qüvvlərinin fəaliyyətləri barədə məlumat vermələrindən sonra AB başçıları Ankaranın rəftarını pisləyərək bu kimi hərəkətlərə son qoyulmasını istəyiblər.
Son vaxtlar neft və qaz kəşfiyyatı məsələsinə görə Türkiyə və Yunanıstan arasında çaxnaşmalar artıb.
Son vaxtlar Egey dənizində daş adaları yaxınlığında Türkiyə və Yunanıstan hərbçiləri az qala toqquşacaqdılar ki, AB ölkələrinin vasitəçiliyi ilə bunun qarşısı alındı.