Ərdoğan Çexiyadan PYD-nin sabiq sədrinin ekstradisiyasını istəyib
-
Ərdoğan Çexiyadan PYD-nin sabiq sədrinin ekstradisiyasını istəyib
Türkiyə prezidenti Çexiya Respublikasından Suriya Demokratik Birlik Partiyası- PYD-nin sabiq sədri Salih Muslimi təhvil verməsini istəyib.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən hakim Ədalət və İnkişaf Partiyasının "Şanlı Urfa" şəhərində keçirilən altıncı əyalət yığıncağında deyib: PYD-nin sabiq sədri Praqada həbs olunub və Ankara Çexiya Respublikasından onu Türkiyəyə ekstradisiya etməsini gözləyir.
Türkiyə mediaları bu gün bildiriblər ki, Türkiyənin təqibində və adı, İnterpol-un qırmızı siyahısında olan Salih Muslim, Çexiya Respublikasının paytaxtında həbs olunubdur.
Çexiya Respublikasının başçıları bildiriblər ki, məhkəmə Salih Muslimin həbsi barədə qərar çıxaracaq və məhkəmənin qərarı Türkiyə başçılarının da nəzərinə çatdırılacaqdır.
Ankara ali cinayət məhkəməsi 2016-cı ildən bəri Suriya Demokratik Birlik Partiyası- PYD-nin sabiq sədri Salih Muslimi "Türkiyənin suverenliyi və bütövlüyünü təhdid etmək", "qətl" və "ictimai əmlakın dağıdılması" ittihamları ilə təqib edir.