Mart 03, 2018 11:14 Asia/Baku
  • Yıldırım Afrindəki hərbi əməliyyat üçün zaman və məkan məhdudiyyətinin olmadığını bildirib
    Yıldırım Afrindəki hərbi əməliyyat üçün zaman və məkan məhdudiyyətinin olmadığını bildirib

Türkiyənin baş naziri bildirib ki, bu ölkənin Afrindəki hərbi əməliyyatının başa çatması üçün zaman və məkan məhdudiyyəti yoxdur.

Binalı Yıldırım dünən İstanbul milli müdafiə universitetinin son zəng mərasimində əlavə edib: Türkiyə bu ölkəyə qarşı terror təhdidinin olduğu hər bir yerə hücum edəcək.

Türkiyənin baş naziri deyib: Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı Afrin şəhəri ilə məhdudlaşmayacaqdır.

Belə bir halda, Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan təqribən üç həftə bundan öncə iddia etmişdi ki, bu ölkənin Afrində keçirdiyi "Zeytun budağı" adlı hərbi əməliyyat özünün son günlərinə yaxınlaşır. Ötən cümə axşamı günü Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatın ölümcül günlərindən biri idi ki, onda bu ölkənin ordu qüvvələrindən səkkiz nəfər ölmüş, on üç nəfər də yaralanmışdı.

Türkiyədə çıxan Huriyyət qəzeti dünən yazıb ki, bu ölkə ordusu hərbçilərinin tələfatının miqdarı "Zeytun budağı" əməliyyatının başlandığı 2018-ci il yanvarın 20-dən əməliyyatın 41-ci gününün sonunadək azı 41 ölü və təqribən 200 yaralı olubdur.

Türkiyə ordusunun bu ölkənin öz sərhədlərində təhlükəsizlik və sabitliyi gücləndirmək adlandırdığı məsələ ilə bağlı Suriyanın şimalına qarşı hücumları 2018-ci il yanvarın 20-də başlanıb.

Teqlər