Ərdoğan Afrinin ələ keçirilməsi anonsunu verdi
https://azeri.sahartv.ir/news/türkiyə-i298183-Ərdoğan_afrinin_ələ_keçirilməsi_anonsunu_verdi
Türkiyə prezidenti deyib: Türkiyə ordusu tezliklə Suriyanın şimalında yerləşən Afrin şəhərinə daxil olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2018 11:25 Asia/Baku
  • Ərdoğan Afrinin ələ keçirilməsi anonsunu verdi
    Ərdoğan Afrinin ələ keçirilməsi anonsunu verdi

Türkiyə prezidenti deyib: Türkiyə ordusu tezliklə Suriyanın şimalında yerləşən Afrin şəhərinə daxil olacaq.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə,Rəcəb Təyyib Ərdoğan dünən deyib: Artıq Afrin şəhəri Türkiyə ordusunun tam mühasirəsindədir. 

Türkiyə prezidenti deyib: Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat Minbicə, Fəratın şərqinə və Türkiyənin İraqla sərhədlərinədək davam edəcək. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə cüməaxşamı demişdi ki, Ankaranın Afrinə qarşı başlatdığı əməliyyatın May ayınadək bitəcəyinə ümid edir. 

Türkiyənin Suriyanın şimalına qarşı başlatdığı hərbi əməliyatlar Suriya dövlətinin eləcə də Afrin şəhərinin sakinlərinin etirazına səbəb olub.