Yıldırım: Amerika terrorçularla əməkdaşlığa son qoysun
Türkiyənin baş naziri deyib: Amerika terrorizm ilə mübarizədə şəffaf mövqe ortaya qoymalıdır.
İRNA-nın verdiyi məlumata görə, Türkiyə baş naziri Binəli Yıldırım Bakıda APA-ya verdiyi müsahibədə deyib: Vaşinqton regionda terrorçularla əməkdaşlığa son qoymalıdır.
Binəli Yıldırım Suriyanın Afrin şəhərinə qarşı Türkiyə ordusunun hərbi əməliyyatları barədə isə bunun həmin ərazilərdə PKK və PYD kimi kürd yaraqlılarının fəaliyyətinin Türkiyənin milli təhlükəsizliyinə təhdid olması ilə izah edib.
Türkiyə baş naziri deyib: Türkiyə terrorçu qruplarla mübarizədə geri oturmayacaq və öz yolunu davam edəcək və bu yolda Vaşinqtondan Ankaranın müttəfiqi kimi gözləntimiz budur ki, terrorçularla əməkdaşlığa son qoyaraq terrorçu qrupların təhdidi ilə mübarizə barədə şəffaf mövqe bildirsin.