Ərdoğan: Türkiyə "Zeytun budağı" əməliyyatının sonunadək Afrində qalacaq
-
Ərdoğan: Türkiyə "Zeytun budağı" əməliyyatının sonunadək Afrində qalacaq
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Avropa Parlamentinin Türkiyənin Afrindən çıxması vacibliyinə dair qərarına reaksiyada deyib ki, Ankara "Zeytun budağı" əməliyyatının sonunadək və yekun nəticələr əldə edənədək Afrində qalacaqdır.
Cümə axşamı günü Avropa Parlamenti Assambleyasında qəbul olunmuş layihəyə əsasən, Türkiyədən istənilibdir ki, "Zeytun budağı" əməliyyatını tez bir zamanda dayandırsın. Bu qərarda vurğulanıbdır ki, həmin əməliyyat regiondakı mülkilər üçün bir təhdiddir.
Rəcəb Tayyıb Ərdoğan dünən bir çıxışda Avropa Parlamentinin Türkiyə ordusunun Afrindəki əməliyyatını dayandırmaq üzrə səyini faydasız adlandırıb və belə əlavə edib: Avropa Parlamentinin "Zeytun budağı" əməliyyatı barədə deməyə sözü yoxdur və əgər olsa da belə, ona məhəl qoymayacağıq.
Türkiyə ordusunun Afrindəki əməliyyatı cari milad ili yanvarın 20-da başlanıb. Suriyanın xarici işlər nazirliyi Türkiyənin bu hərəkətini Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi dəyərləndiribdir.