Ərdoğan: Afrindəki nailiyyətlərimizdən geri çəkilməyəcəyik
Mart 24, 2018 13:32 Asia/Baku
-
Ərdoğan: Afrindəki nailiyyətlərimizdən geri çəkilməyəcəyik
Türkiyə prezidenti ölkəsinin Afrindəki mövqelərindən heç cür geri çəkilməyəcəyini deyib.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul qurultayında etdiy çıxışında deyib: ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə (Afrində zeytun budağı əməliyyatı barədə) danışdıq.
Ərdoğan deyib: Onlara dedim ki, biz çatdığımız nöqtədən bir addım belə geri çəkilməyəcəyik. Türkiyə prezidenti deyib: Bizim işimiz Afrinlə bitməyəcək və Afrindən sonra sıra İdlib və Minbicdədir.
Ərdoğan həmçinin deyib: Zeytun budağı əməliyyatında məhv edilən terrorçuların sayı 3 min 732 nəfərə çatıb.
Ərdoğan deyib: Kimsə Türkiyənin öz məqsədlərinə çatmasına mane ola bilməz.