Türkiyəli deputata 18 il iş verilib
Van şəhərinin Türkiyə parlamentindəki nümayəndəsi və HDP-nin üzvü 18 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının verdiyi məlumata görə, Van şəhər məhkəməsi Lezgin Butana 18 il 8 ay müddətində həbs cəzası verib, onun ölkədən çıxmasına qadağa qoyub.
Van şəhər məhkəməsi həmçinin bu şəhərin parlamentdəki digər deputatı Adəm Gəvərinin həbsinə hökm verib.
Sözü gedən deputatlar Xalqların Demokratik Partiyasının üzvləridirlər. Onların PKK-ya təbliğat apardıqları, hökumət rəsmilərinin öz səlahiyyətlərini yerinə yetirmələrini əngələdikləri və Türkiyənin bütövlüyünə qarşı fəaliyyət apardıqları deyilir.
2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyə dövləti ordu, polis, məhkəmə aparatı, müxalif dövlət rəsmiləri, sənətkarlar və yazıçılar cəmiyyəti daxilində geniş miqyaslı həbslərə təşəbbüs göstərdilər.