Mart 24, 2018 21:00 Asia/Baku
  • UNICEF Afrin didərginlərinin durumundan nigarandır
    UNICEF Afrin didərginlərinin durumundan nigarandır

BMT uşaq fondu UNICEF Suriyanın Afrin şəhərindən didərgin düşənlərin dərman və peyvənd çatışmazlığı barədə xəbərdarlıq edib.

Əl-Cəzirə telekanının Cenevrədən verdiyi məlumata görə, UNICEF Təl-Rəfət , Nəbl və Əzzəhra qəsəbələrində Afrin didərginlərinə tibbi yardım xüsusiylə uşaqlara peyvənd çatışmazlığından xəbər verərək bildirib ki, bu qəsəbələr yaşamaq üçün minimum şəraitə malikdir. 

Bu məlumata görə, Afrin şəhərinin əhalisinin sayı Türkiyənin bu şəhəri işğal etməsindən öncə 400 min nəfər olsa da indi 50 min nəfərdən də azdır. 

Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, son günlər ərzində 167 min nəfər Afrin şəhərini tərk edib və ətraf ərazilərə qaçıb və Türkiyənin hücumundan öncə Afrindən qaçmış didərginlərə əlavə olublar. 

Teqlər