Mart 29, 2018 09:10 Asia/Baku
  • Türkiyə rus diplomatların çıxarılmasına qarşı çıxdı

Türkiyə prezidenti Rusiya diplomatlarının keçmiş rus casusun Britaniyada zəhərlənməsi hadisəsinə görə ölkəsindən çıxarılmasına qarşı çıxıb.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Türkiyədə çıxan Hürriyyət qəzetinə verdiyi müsahibədə deyib: Ankara sabiq rus casus Sergey Skripalın Britaniyada zəhərlənməsi hadisəsi ilə bağlı, isbat olunmamış bir iddia əsasında rus diplomatları çıxaran bəzi Qərb dövlətləri kimi rəftar etmək niyyətində olmadığını deyib. 

Yeni Zelandiya və Avstriya da Rusiya diplomatlarının qovulması ilə müxalifət ediblər. 

Keçmiş rus casus Sergey Skripal və qızı 4 mart tarixində Britaniyada zəhərləniblər. London onların hərbi məqsədlər üçün istehsal edilmiş bir kimyəvi maddə ilə zəhərləndiklərini iddia edir. 

Avropa Birliyinə üzv 14 ölkə, Kanada və Ukrayna ABŞ ilə razılaşdırılmış qaydada Britaniyaya dəstək vermək məqsədilə Rusiya diplomatlarını ölkədən çıxarılmasına qərar veriblər. 

Rusiya isə Sergey Skripal və qızının zəhərlənməsində özünə qarşı səsləndirilən ittihamları rədd edərək, Britaniyaya hadisə ilə bağlı birgə araşdırmaların aparılmasına hazır olduğunu bildirib. 

London isə Moskva əleyhinə iddiasını sübut etmək üçün hansısa fakt təqdim etmədən, hadisə ilə bağlı araşdırmaların aparılması ilə bağlı təklifi rədd edib. 

Teqlər