Ərdoğan və Netanyahu arasında söz müharibəsi
Türkiyə prezidentinin İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini kəskin formada tənqid etməsi Rəcəb Təyyib Ərdoğan ilə İsrailin baş naziri Netanyahu arasında söz müharibəsinə çevrilib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərdoğan bazar günü İsrailin baş naziri Benyamin Netanyahunun "Torpaq Günü" yürüşündə fələstinlilərin qırğın edilməsini əsaslandırmağa çalışmasını və Türkiyə əleyhinə tənqidlər səsləndirməsini kəskin formada qınayıb və deyib: Netanyahu zəif bir terrorçudur və nüvə silahları ona kömək edə bilməyəcək.
Türkiyə prezidenti həmçinin deyib: İsrail ordusunun cinayətlərindən danışmağa lüzum yoxdur. Çünki, hamı bu rejimin Qəzzə zolağında və Qüdsdə yol verdiyi cinayətlərdən agahdır.
Ərdoğan İsrail ordusunun cümə günü Qəzzə sərhədlərində fələstinlilərə qarşı cinayətlərini insanlığa sığmayan hərəkət adlandırıb və Amerikadan fələstinlilərin qırğın edilməsini önləməsini istəyib.
İsrail rejiminin baş naziri də Ərdoğanın tənqidlərinə cavab olaraq deyib: Ərdoğan əxlaq dərsi verəcək durumda deyil.
İsrail hərbçiləri cümə günü fələstinlilərin "Böyük Qayıdış" yürüşünə hücum edərək, 17 nəfəri öldürüb, 1400 nəfəri isə yaralayıblar.
İsrail rejimi 30 mart 1976-cı ildə fələstinlilərə məxsus minlərlə hektar əkin ərazisini müsadirə etmişdi. Bu da fələstinliləri xeyli qəzəbləndirmişdi. O zamandan bəri hər il 30 mart "Torpaq Günü" olaraq fələstinlilər tərəfindən qeyd olunur.