Apr 02, 2018 11:36 Asia/Baku
  • Süleyman Soylu: Gülən qruplaşması ABŞ-ın iradəsi ilə yaradılıb

Türkiyənin daxili işlər naziri FETÖ-nün ABŞ başda olmaqla Qərb tərəfindən yaradıldığını və hələ də bu qruplaşmanın bəzi üzvlərinin məxfi şəkildə hakimiyyətin daxilində öz fəaliyyətini davam etdirdiyini deyib.

İRNA-nın məlumatına görə, Süleyman Soylu Hakkari vilayəti Sənaye və Ticarət Palatasında etdiyi çıxışında deyib: 15 iyul 2016-cı il dövlət çevrilişinə uğursuz cəhdin ardınca FETÖ ilə mübarizə aparmaq üçün ölkədə fövqəladə vəziyyət elan edilib. Amerika başda olmaqla Qərb dövlətləri Türkiyədə fövqəladə vəziyyətin ləğv edilməsinə israr edirlər. Çünki, belə olarsa Türkiyəni qarışdıra bilərlər. 

Türkiyə rəsmiləri FETÖ-nün sıralarında 170 minə yaxın insanın olduğunu bildirirlər. Bu insanlar birbaşa və ya dolayısı ilə 15 iyul 2016-cı ildəki uğursuz dövlət çevrilişi planında rola malikdir. 

Teqlər