Türkiyə ordusu İraqın şimalına daxil olub
https://azeri.sahartv.ir/news/türkiyə-i301056-türkiyə_ordusu_İraqın_şimalına_daxil_olub
Türkiyə hərbçiləri İraqın şimalına daxil olaraq İraq Kürdüstanı məntəqəsinin 20 kilometr içərisinə doğru irəliləyiblər. Türkiyə hərbçilərinin İraqın şimalına daxil olması ilə kürd yaraqlıları məntəqəni tərk etməyə başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2018 12:15 Asia/Baku
  • Türkiyə ordusu İraqın şimalına daxil olub
    Türkiyə ordusu İraqın şimalına daxil olub

Türkiyə hərbçiləri İraqın şimalına daxil olaraq İraq Kürdüstanı məntəqəsinin 20 kilometr içərisinə doğru irəliləyiblər. Türkiyə hərbçilərinin İraqın şimalına daxil olması ilə kürd yaraqlıları məntəqəni tərk etməyə başlayıblar.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraqın Ərbil vilayətindəki məlumatlı mənbələr Türkiyə hərbçilərinin Ərbil vilayətində, Suran şəhərinin Sidkan məntəqəsindəki strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ keçirdiklərini bildiriblər.

Türkiyə ordusu həmçinin PKK terror qruplaşmasının mövqelərini bombalayıb.

Sidkan məntəqəsindəki bir yerli kürd rəsmi 100 ailənin öz evini tərk etməsindən xəbər verib və deyib: Türkiyə hərbçilərinin İraqın şimalına daxil olması ilə, insanlar bu məntəqəni tərk etməyə başlayıblar.

Digər tərəfdən Ərbil rəsmiləri PKK yaraqlılarından İraq ərazisini tərk etmələrini və Türkiyəyə hücumdan çəkinmələrini istəyiblər.