Apr 23, 2018 10:01 Asia/Baku
  • Ankara ABŞ-ın qeyri-real hesabatını tənqid edib
    Ankara ABŞ-ın qeyri-real hesabatını tənqid edib

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda ABŞ-ın Türkiyəyə qarşı insan haqları hesabatına reaksikyada bildirib: Bu hesabat qeyri-real, qəbuledilməz və yanlış ittihamlarla doludur.

İRNA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda bildirib: ABŞ-ın Türkiyə haqda 2017-ci il insan haqları hesabatı terror qruplarının iddiaları əsasında hazırlanıb və ümidsizliyə səbəb olub. 

Türkiyə XİN həmçinin ölkənin böyük terror təhdidləri ilə mübarizə apardığını bildirərək əlavə edib: Ankaranın Türkiyəni nahaq yerə ittiham edən ölkələrə tövsiyəsi budur ki, öz vətəndaşlarının insan haqlarının sistemli şəkildə pozulmasına son qoysunlar. 

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında əlavə olunur: İnsan haqları önəmli məsələdir və AbŞ onu siyasətə çevirməməlidir. 

ABŞ-ın Xəzinədarlıq Nazirliyinin rəhbəri Con Solivan Konqresə təqdim etdiyi 2017-ci il insan haqları hesabatında Türkiyəni YPG, PKK və FETÖ ilə mübarizə apardığına görə, insan haqlarına riayət etməkdə ən aşağı səviyyədə olan ölkələr sırasında qərarlaşdırıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə NTV kanalında ABŞ-ı bölgədə terrorçuları dəstəkləməkdə suçlayıb və bildirib: ABŞ Türkiyə üçün ən önəmli təhdid hesab olunur. 

Teqlər