May 23, 2018 19:46 Asia/Baku
  • Türkiyədə həbslər davam edir
    Türkiyədə həbslər davam edir

Türkiyənin Konya şəhərinin baş prokuroru uğursuz 2016-cı il 15 iyul çevrilişi və Gülən qrupu ilə həmkarlıq ittihamı ilə bu ölkənin yetmiş hərbçisinin həbsi barədə sanksiya veribdir.

Türkiyənin Konya şəhərinin prokurorluğu bu ölkənin silahlı qüvvələri arasında Fəthullah Gülən tərəfdarlarının həbs olunmaları istiqamətində yetmiş türkiyəli hərbçinin həbsi barədə sanksiya veribdir.

Konya prokurorluğu indiyədək on üç nəfəri həbs edibdir.

Türkiyənin dövlət başçıları Gülən qrupu ilə bağlı olan şəxslərin sayını təqribən 170 min nəfər elan ediblər ki, birbaşa və ya dolayısı ilə 2016-cı il çevrilişində rol oynayıblar.

Uğursuz 2016-cı il 15 iyul çevrilişindən sonra əlli mindən çox nəfər Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə həbs olunub və təqribən 120 min nəfər də dövlət işlərindən çıxarılıbdır.

Ankara Fəthullah Güləni uğursuz 2016-cı il 15 iyul çevrilişinin amili bilir, amma Gülən dəfələrlə Türkiyə dövlətinin bu iddiasını rədd edibdir.

 

Teqlər