İyun 05, 2018 09:24 Asia/Baku
  • Türkiyə İraqın şimalında hərbi əməliyyatı dəstəkləyib
    Türkiyə İraqın şimalında hərbi əməliyyatı dəstəkləyib

İraq hökumətinin Türkiyə ordusunun İraq ərazisində əməliyyat keçirməsinə etiraz etməsinə rəğmən, Türkiyə hökumətinin sözçüsü bildirib: Ankara zəruri bildiyi hər bir zamanda İraqın şimalına daxil olacaq.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bazar ertəsi günü bu ölkənin Suriya və İraqda əməliyyat keçirməsinə toxunaraq deyib: Türkiyəyə müxalif silahlı yaraqlıların məhv edilməsi üçün, zəruri hesab olunan hər bir zamanda ordu qüvvələri İraqın şimalnıdakı dağlıq ərazilərə daxil olacaq. 

Türkiyəyə müxalif kürd yaraqlılar, o cümlədən PKK ünsürlərinin İraqın şimalında Qəndil dağlıq ərazilərinə sığındıqlarını iddia edən Bozdağın sözlərinə görə, Ankaranın bu qrupa qarşı əməliyyatı qanunidir. 

Türkiyə hökumətinin sözçüsü əlavə edib: Türkiyə və ABŞ Suriya və İraqda kürd yaraqlılarının məhv edilməsi haqda razılığa gəliblər. 

Türkiyə ordusunun İraqın şimalında əməliyyat keçirməsi haqda türk rəsmisinin açıqlaması ilə yanaşı qeyd edək ki, Türkiyə Kütləvi İnformasiya Vasitələri iki gün öncə bu ölkə ordusu qüvvələrinin İraqın şimalında irəlilədiklərini bildiriblər. 

Türkiyə KİV-nin məlumatına görə, bu ölkə ordusu qüvvələri şənbə günü Qəndil yüksəklikləri yaxınlığında İraq ərazisinin 22 kilometrliyinə qədər irəliləyərək bu bölgədə yerləşiblər. 

Teqlər