Ərdoğan Avstriyada bəzi məscidlərin bağlanmasını tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i311972-Ərdoğan_avstriyada_bəzi_məscidlərin_bağlanmasını_tənqid_edib
Türkiyə prezidenti Avstriya hökumətinin bu ölkədəki bəzi məscidləri bağlamaq barədəki qərarını pisləyərək, həmin addımın müsəlmanlar ilə xristianlar arasında qarşıdurmaya səbəb olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 06:50 Asia/Baku
  • Ərdoğan Avstriyada bəzi məscidlərin bağlanmasını tənqid edib
    Ərdoğan Avstriyada bəzi məscidlərin bağlanmasını tənqid edib

Türkiyə prezidenti Avstriya hökumətinin bu ölkədəki bəzi məscidləri bağlamaq barədəki qərarını pisləyərək, həmin addımın müsəlmanlar ilə xristianlar arasında qarşıdurmaya səbəb olacağını bildirib.

Rəcəb Tayyıb Ərdoğan dünən gecə İstanbulda keçirilən bir iftar mərasimində deyib: Avropalılar özlərinin bu kimi rəftarlarını islah etməlidirlər; əks halda bu cür rəftarların hesabını ayrı yol ilə ödəməlidirlər.

O, Türkiyənin Avstriyada yaşayan türklərə aid yeddi məscidin bağlanmasına və 60-dan çox türk imamcamaatın çıxarılmasına cavabının nə olacağına aydınlıq gətirmədən təhdidlə bildirib: Təsəvvür etməyin ki, siz imamcamaatları çıxarandan sonra biz oturub tamaşa edəcəyik.

Avstriya kansleri Sebastyan Kurz ötən cümə günü Vyanada bildirdi ki, bu ölkə "daxili qanunları pozduqlarına" görə Türkiyə müsəlmanlarına aid yeddi məscidi bağlayır və bu məscidlərin təqribən altmış imamcamaatını ixrac edir.