Təməl Karamollaoğlu: Amerika və İsrail Türkiyədə gərginlik amilidirlər
İyun 15, 2018 10:04 Asia/Baku
-
Təməl Karamollaoğlu - Türkiyə Səadət Partiyasının sədri
Səadət Partiyasının rəhbəri və bu partiyanın prezident seçkilərindəki namizədi deyib: Amerika və İsrail üzdə Türkiyə ilə dost olan düşmənlərdirlər və Türkiyəni qarışdırmaq istəyirlər.
İRNA-nın verdiyi məlumata görə, Təməl Karamollaoğlu cümə axşamı bir qrup tərəfdarının qarşısında deyib: Amerika və İsrail heç vaxt Türkiyə üçün bir müttəfiq olmayıblar. Onlar, dost cildinə girmiş düşmənlərdirlər.
Karamollaoğlu əlavə edib: Amerika və İsrail Türkiyədə sülh və sabitlik istəmirlər. Onlar türkiyə xalqının bir-birinin canına daraşmasını və bir-birini məhv etməsini istəyirlər.
Hazırda Türkiyənin bir çox problem ilə üzləşdiyini deyən Karamollaoğlu bu problemlərin öhdəsindən gəlmək üçün xalqı seçkilərdə iştiraka dəvət edib.