UNICEF nigarandır
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu(UNICEF) Amerikada öz valideynlərindən ayrılan miqrant uşaqların taleyindən nigaranlıq ifadə edib.
Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, UNICEF baş direktoru yaydığı bəyanatda bildirib ki, sözü gedən uşaqların durumu acınacaqlıdır.
For deyib: Həbs edilərək ailədən ayrılma, uşaqları istismara və su-istifadələrə məruz qoya biləcək ağır zərbələrdir və araşdırmaların nəticələrinə görə, bu uşaqlarda zəhərləndirici böhranlar yaradır və onların inkişafına uzun müddət ərzində mənfi təsir buraxır.
UNICEF rəhbəri deyib: Bu kimi hərəkətlər heç kimin xeyrinə deyil və xüsusiylə uşaqlar ondan daha çox əziyyət çəkirlər.
For deyib: Uşaqların asayişi birinci diqqət mərkəzində duran məsələ olmalıdır və mühafizə olunmaq, əsas xidmətlərdən faydalanmaq və ailə ilə bərabər olmaq xüsusiylə evdən qaçmaqdan başqa seçimləri olmayan uşaqların haqqıdır.
Trampın anti-miqrant siyasətlərindən sonra Amerikanın Daxili Təhlükəsizlik Nazirliyinin statistikaları göstərir ki, bu ölkənin sərhəd xidməti son 6 həftə ərzində 2 mindən çox uşağı valideynlərindən ayırıb və onların ayrıca düşərgədə saxlanılması ilə onların valideynlərinə təzyiq göstərir.