Ərdoğan Türkiyədə yeni prezident üsul idarəsini açıqlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i314514-Ərdoğan_türkiyədə_yeni_prezident_üsul_idarəsini_açıqlayıb
Türkiyə prezidenti bazar günü keçiriləcək növbədənkənar seçkilər ərəfəsində yeni prezident üsul idarəsini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2018 08:38 Asia/Baku
  • Ərdoğan Türkiyədə yeni prezident üsul idarəsini açıqlayıb
    Ərdoğan Türkiyədə yeni prezident üsul idarəsini açıqlayıb

Türkiyə prezidenti bazar günü keçiriləcək növbədənkənar seçkilər ərəfəsində yeni prezident üsul idarəsini açıqlayıb.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan televiziya ilə yayımlanan canlı proqramda deyib: Prezident üsul idarəsində nazirlərin sayı 16-ya enəcək. 

Türkiyə prezidenti əlavə edib: Bu strukturda həmçinin dörd yeni qurum, insan resursları, investisiya, maliyyə məsələləri və rəqəmsal dirçəliş qurumları yaradılacaq. 

Türkiyədə prezident və parlament seçkiləri bazar günü 24 iyunda keçiriləcək.