İyun 28, 2018 19:23 Asia/Baku
  • Türkiyədə İŞİD-in mənəvi lideri cəzalandırıldı

Türkiyə prokuroru bu ölkədə sələfi qrupların əsas mütəfəkkirinin cəzalandırılmasına qərar verib.

Təsnimin məlumatına görə, Türkiyə prokuroru ölkədə silahlı terror qruplaşması yaratmaq və ona liderlik etmək ittihamı ilə Əbu Hənzələ ləqəbli Halis Bayancuku 12 il, 6 ay azadlıqdan məhrum edib, eləcə də İŞİD terror qruplaşmasının xeyrinə təbliğ etmək ittihamı ilə 1,6 il həbsə məhkum edib.

Bu qərar elə bir haldadır ki, Halis Bayancuk 1 il 20 gündür Türkiyə təhlükəsizlik qüvvələrinin təcridxanasındadır.

Əbu Hənzələ İŞİD-in xeyrinə qüvvə yığmaq, təbliğat aparmaq, İŞİD-ə aid medialarda məqalə yazmaq ittihamı ilə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb. Lakin hər dəfə qısa müddət saxlanıldıqdan sonra yetərli faktın olmadığına görə azadlığa buraxılıb.

Əbu Hənzələ iki il öncə Türkiyədə bir televiziya proqramında iordaniyalı pilot və iki türkiyəli əsgərin diri-diri yandırılmasını fitva verərək caiz adlandırmışdı.

Teqlər