Türkiyə ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının icrasını rədd edib
Türkiyənin xarici işlər naziri bir daha Amerikanın İran İslam Respublikasına qarşı neft sanksiyalarının icrası üzrə xahişini rədd edib.
Mövlud Çavuşoğlu bu gün NTV kanalı ilə müsahibədə ABŞ rəsmilərinin İran İslam Respublikası ilə neft ticarətinə malik olan ölkələrin sanksiya edilməsi üzrə təhdidlərini tənqid edərək, deyib ki, Ankara Tehranla iqtisadi əməkdaşlıqlarını kəsməyəcəkdir.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi iki gün bundan öncə demişdi ki, Amerika rəsmilərinin İrandan neft satın alınmasının dayandırılması xahiş və sanksiyaları heç bir ölkə üçün icbari deyildir.
ABŞ prezidenti Donald Tramp bu ölkənin nüvə anlaşmasından çıxmasının ardınca İranla ticarət tərəfi olan ölkələrdən istədi ki, 2018-ci ilin noyabr ayınadək bu ölkədən neft satın almalarını dayandırsınlar və bu sahədə heç bir istisna olmayacaqdır.