İyul 20, 2018 12:21 Asia/Baku
  • Türk jurnalist 27 ay azadlıqdan məhrum edilib
    Türk jurnalist 27 ay azadlıqdan məhrum edilib

Türkiyə Kütləvi İnformasiya Vasitələri Cümhuriyyət qəzetinin jurnalisti Canan Coşqunun terrorizmlə mübarizə məmurlarına müqavimət göstərmək ittihamı ilə 2 il üç ay azadlıqdan məhrum olunduğunu bildiriblər.

İRNA-nın məlumatına görə, Canan Coşquna qarşı irəli sürülən ittihamların araşdırılması üzrə üçüncü məhkəmə iclası ötən gün keçirilib və Cümhuriyyət qəzetinin müxbiri terrorizmlə mübarizə məmurlarına müqavimət göstərmək ittihamı ilə iki il üç ay azadlıqdan məhrum edilib. 

2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyənin tənqidçi medialarının məhdudlaşdırılması şiddətlənib. Uğursuz dövlət çevrilişindən sonra səkkiz dövr davam edən fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə onlarla Türkiyə KİV-nin fəaliyyəti dayandırılıb və 150-dən çox jurnalist azadlıqdan məhrum edilib. 

Sərhədsiz Reportyorlar Təşkilatının bildirdiyinə görə, Türkiyə dünyada söz və mətbuat azadlığında son sıralarda qərarlaşıb. 

Teqlər