İyul 20, 2018 18:58 Asia/Baku
  • Türkiyə İran əleyhinə sanksiyaların qaytarılmasına görə ABŞ-dan narazıdır
    Türkiyə İran əleyhinə sanksiyaların qaytarılmasına görə ABŞ-dan narazıdır

Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin sədri bu ölkənin ABŞ rəsmilərinin İrana qarşı sanksiyaların yenidən qüvvəyə minməsi üzrə qərarına qarşı çıxıb və narazılıq edib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Rüfət Hasarcıklıoğlu ABŞ Xəzinədarlıq Departamentinin heyəti ilə Ankarada görüşdə ABŞ-ın İran əleyhinə sanksiyalarının mənfi təsirlərindən narazılıq edərək deyib: ABŞ rəsmilərinin İran əleyhinə sanksiyaları yenidən icra etmək üzrə qərarı Türkiyənin zərərinə olacaq. 

Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin sədri bildirib: İran Türkiyənin regiondakı önəmli ticarət şəriklərindən və Türkiyənin əsas qaz təminatçılarındandır. 

Hasarcıklıoğlu bu görüşdə deyib: İran İslam Respublikası Mərkəzi Asiya, hətta Fars körfəzi ətrafındakı ölkələrə Türkiyə məhsullarının ixracı üçün tranzit ölkələrdən biridir. 

Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin sədri rəsmi Ankaranın Hərtərəfli Birgə Fəaliyyət Planı və bu plan imzalandıqdan sonra Türkiyənin İran İslam Respublikası ilə ticarət münasibətlərinin genişlənməsini dəstəklədiyinə toxunaraq deyib: ABŞ-ın İran əleyhinə sanksiyalarının yenidən qüvvəyə minməsi beynəlxaq normalara ziddir. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018 tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonu Hərtərəfli Birgə Fəaliyyət Planından çıxarıb və nüvə sanksiyalarının 3-6 ay ərzində yenidən qüvəvyə minəcəyini bildirib. 

Nüvə sazişinin digər tərəfləri Çin, Rusiya, Britaniya, Fransa, Almaniya və Avropa Birliyi bildiriblər ki, ABŞ-ın bu beynəlxalq sazişdən çıxmasına rəğmən, sazişə dəstəyi elan edir, eyni zamanda İran İslam Respublikası ilə əməkdaşlıqları davam etdirəcəklər. 

Teqlər