Trampın Türkiyəyə qarşı ticarət müharibəsi davam edir
Amerika prezidenti Vaşinqton ilə Ankara arasında ticarət müharibəsinin davamında Türkiyədən metal idxalına tarifi iki qat artırıb.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün tvitter səhifəsində yazıb ki, Türkiyədən polad və Alüminum idxalına tarifləri iki qat artırıb.
ABŞ prezidenti sonra yazıb: Türkiyədən idxal edilən alüminum tarifləri 20 polad tarifləri 50 faiz olacaq.
Trampın tvittinə görə, Türkiyə ilə əlaqələr hazırkı şəraitdə yaxşı deyil.
Tramp öncə də Türkiyədə amerikan keşiş Andru Bronsona qarşı məhkəmə hökmünun ardınca Ankaraya sanksiya tətbiq edəcəyini bildirmişdi.
Ağ ev cari il avqust ayında Türkiyənin ədliyyə və daxili işlər nazirinin adlarını sanksiya siyahısına daxil etmişdi.
Trampın bu hərəkəti Türkiyə rəsmilərinin sərt reaksiyası ilə üzləşdi, Ankara da ABŞ rəsmilərinə sanksiya tətbiq edəcəyini bildirdi.
Tramp ilə Türkiyə dövləti əlaqələrində böhran Türkiyə lirəsinin son günlər ərzində dəyərini itirməsinə səbəb olub.