Ankara-Afina əlaqələrində gərginlik artır
https://azeri.sahartv.ir/news/türkiyə-i319715-ankara_afina_əlaqələrində_gərginlik_artır
Türkiyə xarici işlər nazirliyinin sözçüsü Yunanıstan müdafiə nazirinin həmin ölkənin prezidenti barədəki son sözlərini rəsmi Afinanın məsuliyyətsicəsinə davranışının digər bir nümunəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2018 07:46 Asia/Baku
  • Ankara-Afina əlaqələrində gərginlik artır

Türkiyə xarici işlər nazirliyinin sözçüsü Yunanıstan müdafiə nazirinin həmin ölkənin prezidenti barədəki son sözlərini rəsmi Afinanın məsuliyyətsicəsinə davranışının digər bir nümunəsi adlandırıb.

Yunanıstanın müdafiə naziri Panos Kammenos son zamanlar iddia edibdir ki, bu ölkənin iki əsgərinin Yunanıstan-Türkiyə sərhədlərinə həbs olunması Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın göstərişi ilə həyata keçirilibdir.

Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy deyib: Yunanıstan Türkiyənin uğursuz 2016-cı il 15 iyul çevrilşi amillərinin ekstradisiyası barədəki ədalətli və hüquqi gözləntilərini təmin etmir və bu üzdən, ümumi fikri yayındırmağa çalışmaqdadır.

Türkiyə-Yunanıstan əlaqələri Kardak adalarının mülkiyyəti, həmçinin Afinanın Yunanıstana sığınmış və Türkiyə çevrilşində əli olan səkkiz türk hərbçini ekstradisiya etməkdən boyun qaçırması üstündə təqribən iki il bundan öncədən bəri daha da kəskinləşibdir.