Türkiyədə ABŞ istehsalı olan elektron məhsullara sanksiya tətbiq olunur
Türkiyə prezidenti ABŞ istehsalı olan elektron məhsullara sanksiyanın tətbiq olunacağını bildirib.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü Ankara sakinləri qarşısında deyib: Türkiyə ABŞ prezidenti Donald Trampın məntiqsiz və ağılsız iqtisadi siyasətləri ilə mübarizə aparmaq üçün bundan sonra valyuta ilə idxal olunan məhsulları özü istehsal və başqa ölkələrə ixrac edəcək.
Ərdoğan Trampın Türkiyə əleyhinə siyasətlərinin heç bir məntiq və ağıla sığmadığını bildirərək əlavə edib: ABŞ rəsmiləri meydanda öz tələblərini Türkiyəyə tətbiq edə bilmədikləri zaman, hərbi qüvvədən, ictimai və siyasi destabillikdən bu tələblərinə çatmaq üçün silah kimi istifadə edirlər.
Türkiyə prezidenti bildirib: Ankara Türkiyədə yatırım etmək istəyən iqtisadi fəalları hər zamankından daha çox rəğbətlə qarşılayacaq.
Son aylarda ABŞ-Türkiyə münasibətləri bir sıra məsələlər, o cümlədən Suriyanın şimalında Mənbic yol xəritəsi, Vaşinqtonun Fətulla Gülənin ekstradisiyasından boyun qaçırması, Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Brunsonun azadlığa buraxılmaması, Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiyanın tətbiq olunması, Türkiyədən ABŞ-a idxal olunan polad və alüminiuma rüsumun ikiqat artırılmasına görə, korlanıb.