Avq 15, 2018 11:54 Asia/Baku
  • Türkiyəyə qarşı sanksiya təhdidi
    Türkiyəyə qarşı sanksiya təhdidi

Ağ evin adı açıqlanmayan bir rəsmisi Türkiyəni yeni sanksiyalarla təhdid edib.

Röytersin verdiyi məlumata görə, adı bəlli olmayan bir amerikan rəsmi dünən deyib: Amerikalı keşiş Andru Branson  azad edilməzsə Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq ediləcək. 

Bu naməlum amerikan rəsminin sözləri Ağ evin milli təhlükəsizlik müşaviri Con Boltonun Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Klıc ilə amerikalı keşişin son durumu barədə müzakirələrindən bir gün sonra söylənilir. 

Adı bəlli olmayan amerikan rəsmi bildirib ki, Amerikalı keşiş mövzusunda heç bir irəliləyiş hasil olmayıb, amma ABŞ dövləti bu məsələdə son dərəcə ciddidir və Branson Amerikaya qaytarılmalıdır. 

Son aylarda Amerika ilə Türkiyə əlaqələri bir çox məsələlərə görə, o sıradan Mənbic yol xəritəsi, Suriyanın şimalındakı kürd yaraqlılar, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi tələbi, Türkiyəli nazirlərin ABŞ tərəfindən sanksiya siyahısına daxil edilməsi, Türkiyədən Alüminium və polad idxalına ABŞ tərəfindən tariflərin artırılması və amerikalı keşişin Türkiyədə həbs edilməsi kimi məsələlərə görə gərginləşib. 

Teqlər