Türkiyənin Keçiörən şəhərində üç məşhur Amerika brendinin fəaliyyəti qadağan edilib
Türkiyənin Keçiörən şəhərinin meri ABŞ-ın onun ölkəsinə qarşı ticarət savaşına reaksiyada Amerikanın "Mak Donald", "Starbaks" və Berger Kinq" adlı üç məşhur brendinin bu şəhərdəki fəaliyyətini qadağan edib.
Mustafa Ak dünən vurğulayb ki, daha bu üç brendə fəaliyyət lisenziyası verilməyəcəkdir.
O, həmçinin ümidvarlıq edibdir ki, bu qərar Türkiyənin digər şəhərləri üçün bir nümunə olacaq.
Türkiyədəki uğursuz 2016-cı il 15 iyul çevrilişində iştirak və casusluqda ittiham olunan amerikalı keşiş Andro Branson Türkiyədə ev dustağıdır.
ABŞ avqustun birində Andro Bransona vurulan ittihamların əsassız olduğunu və onun azadlıqda olmamasını bəhanə gətirərək, Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq etdi.
Ağ Ev sonra Türkiyədən idxal olunan məhsullara gömrük rüsumları tətbiq edərək, Ankaraya qarşı iqtisadi müharibəyə başladı.
Amerikada Türkiyəyə qarşı siyasi hərəkətlərin edilməsi və gömrük rüsumlarının tətbiq olunması ilə Türkiyənin milli valyutası olan "lirə" son günlər ABŞ dolları qarşısında öz dəyərini təqribən 35 faiz itiribdir.
Türkiyə xalqı, xüsusən bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın tərəfdarları bu qənaətdədirlər ki, Türkiyənin milli valyutası ilə bağlı böhran əslində Amerikanın Türkiyəni zəiflətmək üzrə cəhdinin nəticəsidir.