Türkiyə prezidenti bir daha ABŞ-ı qınadı
-
Türkiyə prezidenti bir daha ABŞ-ı qınadı
Türkiyə prezidenti deyib: ABŞ dövlətinin digər ölkələrin iqtisadiyyatına qarşı hücumçu siyasətləri mütlətq məğlubiyyətə uğrayacaq.
İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bu gün Qırğızıstan paytaxtı Bişkəkdə bir iqtisadi toplantıda etdiyi çıxışında Amerikanın vəhşi qurd kimi rəftar etdiyini bildirərək deyib: Rusiya və Türkiyə Amerikanın bu iki ölkəyə qarşı sanksiyalar və iqtisadi təzyiqləri ilə qarşılaşmaq üçün lazımı tədbirləri görəcəklər.
Türkiyə prezidenti Türkiyənin Rusiya və digər ölkələrlə ticarət mübadilələrində dollardan başqa bir valyutadan istifadə edəcəyini vurğulayaraq deyib: Dollardan istifadə hakimiyyətinə son qoymaq lazımdır ona görə ki, beynəlxalq maliyyə mübadilələrində dollara asılılıq ölkələrin iqtisadiyyatına ziyan vurur.
Ərdoğan Amerikanın Türkiyənin Rusiyadan S400 raketləri almasına olan reaksiyası barədə deyib: Türkiyə bu barədə kimsədən icazə almayacaq.