Çavuşoğlu: Türkiyənin məqsədi İdlib əməliyyatını dayandırmaqdır
Türkiyənin xarici işlər naziri dünən bildirib ki, ölkəsinin məqsədi Suriyada terrorçuların son sığınacağı olan İdlibin azad edilməsi üçün hərbi əməliyyata mane olmaqdan ibarətdir.
İRİB-in verdiyi məlumata görə, Mövlud Çavuşoğlu müxbirlərə verdiyi açıqlamada Suriya hökumətini terrorçuları bəhanə edərək İdlibi hədəfə almaqda ittiham edib və deyib: Bu gün Ankaranın məqsədi İdlibə hücuma mane olmaqdır.
Türkiyə XİN başçısı deyib: Ankara İdlib əməliyyatına mane olmaq üçün İran və Rusiya ilə müzakirə aparmaqdadır.
Türkiyə XİN rəhbərinin bu sözlərinə rəğmən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Tehran iclasında Suriyada terrorçu qrupların məhv edilməsi ilə razılaşdı və iclasın yekun bəyanatını imzaladı.
Suriya ordusu son həftələrdə İdlib vilayətini terrorçulardan azad etmək üçün hazırlıq görür.
İdlib Suriyada terrorçuların işğalında olan son bölgələrdən biridir.