Ərdoğan və Əsəd müzakirələri; Suriya məsələsinin həlli üçün bir zərurət
https://azeri.sahartv.ir/news/türkiyə-i322300-Ərdoğan_və_Əsəd_müzakirələri_suriya_məsələsinin_həlli_üçün_bir_zərurət
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Suriya böhranını həll edə bilmək üçün Türkiyə və Suriya prezidentləri Rəcəb Təyyib Ərdoğan və Bəşşar Əsəd arasında görüşün baş tutmasını bir zərurət adlandırıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 10, 2018 15:29 Asia/Baku
  • Ərdoğan və Əsəd müzakirələri; Suriya məsələsinin həlli üçün bir zərurət

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Suriya böhranını həll edə bilmək üçün Türkiyə və Suriya prezidentləri Rəcəb Təyyib Ərdoğan və Bəşşar Əsəd arasında görüşün baş tutmasını bir zərurət adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Kamal Kılıçdaroğlu Türkiyədə çıxan Hürriyyət qəzeti ilə müsahibədə deyib: İdlib məsələsinin həll edilməsi üçün Ankara və Dəməşq arasındakı ixtilaflara son qoymağın zamanı çatıb. 

K.Kılıçdaroğlu Türkiyə və Suriya prezidentlərinin görüşünü Türkiyənin milli maraqlarının qorunması baxımından çox önəmli adlandırıb. 

CHP lideri Suriyanın ərazi bütövlüyünün qorunmasına təkid edərək, deyib: Bəşşar Əsəd Suriyada gedən savaşda qələbə çalıb. Amerika və digər ölkələr artıq bu reallıq ilə barışmalıdırlar.