Çavuşoğlu: Türkiyə sanksiyalara rəğmən, İranla həmkarlığı davam etdirəcək
Sen 27, 2018 13:29 Asia/Baku
Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Amerikanın anti-İran sanksiyalarını rədd edərək, Tehranla ticarət əməkdaşlığını davam etdirəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Nyu-Yorkda Sputnik xəbər agentliyi ilə müsahibədə "Türkiyə Ameriakanın İranın neft sektoruna qarşı sanksiyalarını icra edəcəkmi?" sualına cavabda deyib: Biz sanksiyaları dəstəkləmirik və İranla ticarətimizi davam etdirmək niyyətindəyik.
Türkiyənin xarici işlər naziri vurğulayıb: Ankara İrana qarşı sanksiyalara rəğmən, İranla ticarət həmkarlığını davam etdirəcək.
Çavuşoğlu deyib: Türkiyə müstəqil və suveren bir ölkədir və yalnız BMT tərəfindən qəbul olunan sanksiyalar sisteminə qoşulacaq, əks halda ona əməl etməyəcəkdir.