Noy 04, 2018 12:41 Asia/Baku
  • Ərdoğan: Krımın Rusiyaya qatılmasını tanımayacağıq
    Ərdoğan: Krımın Rusiyaya qatılmasını tanımayacağıq

Türkiyə prezidenti dünən Krım yarımadasının Rusiyaya qatılmasını qanunsuz adlandırıb və bildirib ki, Ankara bu qatılmanı rəsmi şəkildə tanımayacaqdır.

Rəcəb Tayyıp Ərdoğan İstanbulda Ukrayna preizdenti Pyotr Poroşenko ilə birgə mətbuat konfransında iddia edib ki, Ankara Ukraynanın siyasi, ərazi və hakimiyyət birliyini qəti şəkildə dəstəkləyir.

Pyotr Poroşenko da bu mətbuat konfransında Türkiyə ilə ölkəsinin müştərək həmkarlıqlar üzrə ali şurası komissiyasının yeddinci iclasının keçirilməsinə toxunub. Bildirib ki, Türkiyə qonşu olmaqdan əlavə, Ukrayna üçün aparıcı bir ölkə sayılır.

Krım sakinlərinin 90 faizindən çoxu 2014-cü il 16 mart referendumunda bu məntəqənin Ukraynadan ayrılması və Rusiyaya əlavə edilməsinin lehinə səs verdi. Moskva həmin referendumdan sonra bir müqavilə imzalamaqla bu qatılmanı təsdiq etdi. Amma Ukraynanın qərbpərəst hökuməti bu ayrılmanı qəbul etmir. Amerika, Avropa Birliyi və Türkiyə də Ukraynaya dəstək verirlər.

Teqlər